Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Uzman kardio-cərrah Dr. Mirəli Məcidov "Ürək-damar xəstəliklərinə ümumi baxış" mövzusunda məruzə ilə çıxış edib.
Toplantıda öncə Baş həkim t.ü.f.d. Dos. Dr. Asiman Həsənov çıxış etdi. Daha sonra Ürək-damar Cərrahiyyə şöbəsinin müdiri, Uzman kardio-cərrah Dr. Mirəli Məcidov Ürək-damar cərrahiyyəsinin bütün patalogiyalarından, bu patalogiyalar zamanı əməliyyatdan öncə və sonra tətbiq olunan taktikalar barəsində ətraflı məlumat verdi. O bildirdi ki, məhz Tədris Cərrahiyyə Klinikasında bu əməliyyatlar çox uğurla aparılır.
Belə ki, Dr. Mirəli Məcidov Koronar arteriya xəstəlikləri, əməliyyata göstərişləri, tətbiq olunan qreftlər, Klassik Koronar Bypass əməliyyatı, Bypass-körpü əməliyyatı, Off-pump AKŞ, hansı xəstəliklərdə tətbiq olunduğunu, ürəyin arxa üzünün revaskülarizasiyası, anastamoz tipləri, Miokard infarktının ağırlaşmaları, Aort qapaq xəstəliyi, aort stenozu, aort çatışmamazlığı, bu zaman əməliyyata göstərişlər, qapaq seçımı, mirtal qapaq çatışmazlıqları, qapaq təmiri, "Ring" annuplasti, mitral mexanik protez qapaqlar, dağılma riski, klinika və diaqnostikası, əməliyyata göstərişlər, Aort diseksiyaları, Debakey və Stanford siniflənməsi, İntramural hematoma, Aort kökü təmiri,Bental əməliyyatı, Cabrol əməliyyatı,Malperfuziya, Abdominal aort anevrizması,müalicə taktikaları, Periferik arter cərrahiyyəsi, damara müdaxilə yolları, AV greft yerləşimləri,qalıcı kateterin qoyulması, kateterizasiyaya bağlı ağırlaşmalar və s. mövzular üzərində ətraflı çıxış etdi.
Toplantıda iştirak edən şöbə müdirləri, rezidentlər və tələbələrin mövzu üzərində ətraflı müzakirəsi aparıldı.
Sonda Baş Həkim Dos. Dr. Asiman Həsənov tutduğu bu məsuliyyətli və qürurverici yolda uzman-kardiocərrah Dr.Mirəli Məcidova təşəkkürünü bildirərək, uğurlar dilədi və cərrahiyyənin müxtəlif sahələri üzrə bu tip mühazirələrin həftədə bir dəfə keçirilməsinin həkim, rezident və tələbələr üçün səmərəli olduğunu da qeyd etdi.