Ümumdünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib
Simvolik olaraq “çəhrayı lent” ayı kimi xarakterizə edilən bu ay hər il ölkəmizdə də qeyd olunur, müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Bu ayın keçirilməsində məqsəd – qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsüllarının əhəmiyyətini vurğulamaqdır.