Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə "Xarici tələbələrin səsi" (VOİS) klubu COP29 mövzusuna həsr olunmuş art-seminar və tədbir keçirib.
Bu tədbir iqlim dəyişikliyi ilə mübarizə haqqında məlumatlılığın artırılmasına həsr olunub, həmçinin tələbələri, müəllimləri və işçiləri bir araya gətirib.
Tədbirdə 17 istedadlı iştirakçı iqlim problemləri və ətraf mühitə düzgün münasibətin vacibliyini nümayiş etdirən rəsmlər təqdim edilib. Sərginin nəticələrə əsasən, I yerə Kristina Babi, II yerə Lila Helal, III yerə isə Lamiaa Guamar layiq görülüb.
Tədbirdə həmçinin gənclərin iqlimin qorunmasında rolu ilə bağlı maraqlı müzakirələr keçirilib, COP29 mövzusunda təqdimatlar nümayiş etdirilib.