BMT, 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü olaraq elan etdi. Bu gün, qadınların hüquqlarını müdafiə etmək, zorakılığın qarşısını almaq və qadınlara qarşı ayrı-seçkiliyə son vermək üçün hərəkətə keçməyin zamanıdır.
BMT-nin Baş Katibi Pan Gi Munun müraciətində deyilir:
“Qadın zorakılığı ailələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir və bu, icmanı yoxsullaşmağa gətirib çıxarır. Zorakılıq qadınlara bütün potensial imkanlarından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur.”
Qadınların hüquqları və həyatları hər şeydən önəmlidir! Zorakılığa qarşı mübarizədə hər birimizin səsi eşidilməlidir.
Zorakılığa qarşı durun, həyatınıza, gələcəyinizə və hüquqlarınıza sahib çıxın!
Birlikdə, dünyada hər bir qadının güvən içində, azad və şərəflə yaşamasını təmin edək!
Zorakılığa son! Qadına hörmət, bərabərlik və ədalət!