Seminarı giriş sözü ilə açan ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor S.N.Musayev yeni tədris ilində kollektivə uğurlar arzulayıb və klinikaya yeni daxil olan “Fibroscan” aparatının ən son model olduğunu, bundan sonra qaraciyər xəstəliklərinin müayinə və müalicəsi üçün tələb olunan ən son texnologiyaların kilinikada mövcud olduğunu seminar içtirakçılarının diqqətinə çatdırıb.
Seminarda çıxış edən Ahmet Alper Öztürk Fibroscan aparatının işləmə mexanizmi haqqında məlumat verib. Bildirib ki, cihaz ultrasəs dalğaları vasitəsilə qaraciyərin qalınlığının ölçülməsi, qaraciyər sirrozunun biopsiya götürülmədən müayinəsi, hepatit viruslarının aşkar olunmasında effektiv üstünlüklərə malikdir.
Seminarda o da qeyd olundu ki, yeni texnologiyaları özündə cəmləyən cihaz müayinələr zaman 81 % dəqiqliklə nəticə almağa imkan verir. Beləliklə, ATU-nun Tədris Terapevtik Klinikası ölkəmizdə qaraciyər xəstəliklərinin diaqnostikasına dair bütün növ ən müasir radioloji və laborator, o cümlədən biokimyəvi, molekulyar genetik müayinə metodlarının bir arada olduğu yeganə mərkəzdir. Tədbirin sonunda seminar iştirakçılarının yeni cihazla bağlı sualları cavablandırıldı.