Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə Beynəlxalq Əmanət Günü və Maliyyə Savadlılığı Ayına həsr olunmuş “Rəqəmsal Ödənişlər və Elektron Bankçılıq Xidmətləri” kursu üzrə müsabiqə elan olunmuşdu.
ATU-nun Tədris departamenti və Məzunlarla iş şöbəsinin müdiri Şəfəq Cəbrayılovanın köməkliyi ilə universitetimizin İctimai səhiyyə fakültəsinin tələbələri bu müsabiqədə iştirak ediblər. Müsabiqəyə ümumilikdə 286 tələbə qatılıb. Yüksək nəticə göstərən II kurs tələbəsi Aysun Cəfərova 90 bal toplayaraq sertifikat və planşetlə mükafatlandırılıb, II kurs tələbəsi Zeynəb Səmədova isə 76 bal toplayaraq uğurlu iştirakçı kimi sertifikatla təltif olunub.