Bugün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Abu-Dabinin Cleveland Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə ATU-nun xarici işlər üzrə prorektoru Rəhimə Qabulova son illər universitetdə görülən işlər, açılan yeni klinikaların fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Universitetin Stomatoloji, Onkoloji, Tədris-terapevtik və Tədris-cərrahiyyə klinikalarının hər birində ən müasir tibbi avadanlıqlar quraşdırılıb. Dünyanın aparıcı şirkətlərinin istehsalı olan bu cihazlar müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam imkan verir. AbuDabinin Cleveland Xəstəxanasının direktoru Tariq S. El-Titi isə öz klinikalarının imkanları haqqında məlumat verib. O, ATU ilə gələcəkdə saziş imzalayıb, qarşılıqlı mütəxəssis mübadiləsinin təşkil olunması istəklərini də açıqladı.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə şöbə müdiri Nadir Zeynalov, Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev, Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov və Klinikanın beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Aygün Şükürova iştirak edirdilər.