Bu gün, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Müqəddəs Qurban Bayramı ilə əlaqədar qan vermə aksiyası keçirilib. Askiyanın məqsədi klinikada müalicə olunan və qana ehtiyacı olan xəstələrə yardım etməkdir. Qan verən vətəndaşların səhhəti ilə yaxından maraqlanan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor S.N.Musayev onların bu xeyirxah missiyasını yüksək qiymətləndirib.
Klinikanın baş həkimi, dosent Ramin Bayramlı da öz növbəsində askiya iştirakçlarının qanvermə ilə bağlı suallarını cavablandırıb. Askiyada iştirak edən vətəndaşlar onlar üçün yaradılmış əlavə imkanlardan da yararlanıb. Belə ki, hər bir aksiya iştirakçısının qanındakı viruslar, o cümlədən hepatit virusları pulsuz yoxlanılıb, donorlar ödənişsiz həkim müyinəsindən keçib. Qanvermə aksiyasında adi vətəndaşlarla yanaşı, Tibb Universitetinin tələbələri də aktivliyi ilə seçilib. Qeyd edək ki, qanvermə aksiyası sabah da saat 10:00-dan 16:00-dək Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında davam edəcək. Çəkisi 55 kq- dan yuxarı, yaşı 18-60 arası olan hər kəs aksiyada iştirak edə bilər.