Stomatologiya fakültəsi onlayn beynəlxalq konfransda təmsil olunub

ATU-nun Stomatologiya fakültəsinin tələbə, rezident və müəllimləri “Endodontik müalicənin müasir üsulları” onlayn beynəlxalq konfransında iştirak ediblər

Konfransda mövzu ilə əlaqədar xarici professor və müəllimlərin mühazirələri dinlənilib. Daha sonra plenar sessiyalarda tələbələr müxtəlif istiqamətləri əhatə edən elmi işlərlə bağlı çıxış ediblər.

Stomatologiya fakültəsinin 1-ci kurs rezidenti Zivər İbrahimli “Temporomandibular oynaq disfunksiyası olan pasiyentlərdə endodontik müalicə problemi" (klinik hadisənin təsviri) mövzusunda çıxış edib. Dosent Elmira Əliyevanın elmi rəhbərliyi altında hazırlanmış araşdırmanın təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.