EBSCO-nun resurslarından biri olan DynaMed sübuta əsaslanan tibb resursu və klinik qərarlara dəstək vasitəsidir
Resurs müvafiq tibb sahəsində ekspertlər tərəfindən yoxlanılmış sübuta əsaslanan məlumatlara sürətli çıxışı təmin edir. DynaMed həm sübutları, həm də tibbin müxtəlif sahələri üzrə aparıcı mütəxəssislərin təcrübələrindən nümunələri birləşdirir.
DynaMed-ə daxildir:
·səhiyyənin bütün sahələrinin mütəxəssisləri üçün nəzərdə tutulmuş 19.000-dən çox praktiki təlimat
·minlərlə müxtəlif xəstəliklərin fotoşəkilləri, EKQ şəkilləri, ultrasəs şəkilləri və rentgen görüntüləri
·klinik tədqiqatların və prosedurların video qeydləri
·müxtəlif patologiyalarda ilk növbədə ürək və ağciyər səslərinin səs yazıları
·praktiki işlərində tibb mütəxəssisləri üçün lazım olan ən vacib kalkulyatorlar, anketlər və arayış kitabları.
DynaMed məzmunu ən müasir tibbi ədəbiyyat əsasında yaradılıb, resurs mütəxəssislərə qiymətləndirmək üçün öz sistemini təklif edir. Bunun sayəsində həkimlər xəstənin müalicəsi üçün düzgün strategiya hazırlaya bilərlər.
Best of KLAS: Software and Services-2024 reytinqinə görə, DynaMed klinik qərara ən yaxşı dəstək vasitəsi adlandırılıb. Artıq üçüncü ildir ki, DynaMed klinik qərara dəstək istinad alətlərində bir nömrəli yerdədir və beşinci ildir ki, alət KLAS-ın ən yaxşısı: Proqram təminatı və xidmətlər hesabatına daxil edilib.
DynaMed-in UpToDate-dən (UTD) bir neçə fərqi və üstünlükləri var. Onlardan bir neçəsini qeyd etmək istərdik:
1. DynaMed-in sübuta söykənən məzmunu sistematik olaraq cari tibbi ədəbiyyat əsasında hazırlanır, UpToDate-in məzmun yaratma metodu isə ekspert rəyinə əsaslanır.
2. DynaMed xəstələrlə işləmək üçün xüsusi bir vasitə kimi işlənib hazırlanıb. UTD-də həddindən artıq məlumatların yüklənməsi isə başa düşülməni çətinləşdirir.
3. UpToDate mətnin avtomatik tərcüməsinə imkan verir, DynaMed isə yanlış avtomatik tərcümənin mümkün mənfi nəticələrini nəzərə alır. Eyni zamanda, DynaMed sizə rus dili də daxil olmaqla 15 müxtəlif dildə axtarış sorğuları etməyə imkan verir.
14 fevral saat 10:00-da EBSCO-nun təmsilçisi vebinar vasitəsilə sizə bu resurs haqqında detallı məlumat verəcək, DynaMed-də işləmək qaydaları, üştünlükləri ilə tanış edəcək. Vebinar zamanı yaranan suallarınız cavablandırılacaq. Ümidvarıq ki, DynaMed düzgün klinik qərarlar verməkdə sizə kömək edəcək.