Azərbaycan Tibb Universitetində Tələbə Gənclər Təşkilatının nəzdindəki Rəsm Klubu, Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə əməkdaşlığı çərçivəsində “Məşhurların izindən” mövzusunda rəsm sərgisi təşkil olunub. 16 tələbənin iştirak etdiyi sərgidə 3 tələbə qalib olub.
Maraqlı mövzuya həsr edilmiş sərgi və buna bənzər digər tədbirlər tibb tələbələrinin şəxsi inkişafına böyük töhvə verir.