ATU-nun Xarici Tələbələrlə işlər üzrə dekanı Zaltsburqda keçirilən “Tibb Təhsili” beynəlxalq seminarında iştirak edib

  5-9 oktyabr 2015-ci il tarixində Azərbaycan Tibb Universitetinin Xarici Tələbələrlə işlər üzrə dekanı, dosent İsmayıl Əfəndiyev Avstriya-Amerika Fondu tərəfindən Zaltsburq şəhərində keçirilən “Tibb Təhsili” adlı beynəlxalq seminarda iştirak edib.

  Tədbirdə dos. İ. Əfəndiyev “Azərbaycanda Tibb Təhsilinin modernizasiyası” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzə dünyanın 34 ölkəsindən olan seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.