Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Tədqiqatların İdarəolunması Departamenti və Elmi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qrantların yazılışı: təklifdən uğuradək” mövzusunda seminar keçirilib. Tədbirdə qrant layihələrinin yazılması, təqdim edilməsi və beynəlxalq elmi qrant müsabiqələrində iştirak qaydalarına dair məlumatlar səsləndirilib.
Seminarda ATU-nun Sitologiya, Embriologiya və Histologiya kafedrasının müdiri, professor Eldar Qasımov çıxış edərək, uğurlu layihə yazılışı və ekspert qiymətləndirməsinin əsas meyarlarını izah edib.
Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya Şöbəsinin müdiri, dosent Fuad Rzayev isə qrant layihələrinin hazırlanma mərhələləri haqqında ətraflı məlumat verib.
Seminar çərçivəsində Cəmilə Hümbətova “Azərbaycan-Belarus Beynəlxalq Qrant Müsabiqəsi: əməkdaşlıq və müraciət qaydaları” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə gənc alimlər və tədqiqatçılar üçün qrant imkanları, layihələrin uğur qazanmasına təsir edən vacib strategiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.l, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Qeyd olunub ki, elmi araşdırmalar və innovativ layihələrə dəstək məqsədilə bu mövzuda seminarlar davam etdiriləcək.