Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Tibbi Şurasının növbəti aylıq iclası keçirilib. Tədris Terapevtik Klinikanın direktoru professor Surxay Musayev iclası açıq elan edərək qarşıdakı ayda da hər kəsə fəaliyyətində uğurlar arzuladı. Klinikanın baş həkimi dosent Ramin Bayramlı çıxış edərək, həftəlik hesabatı diqqətə çatdırdı. Həftə ərzində klinikanın şöbələrinə stasionar və gündüz rejimdə daxil olmuş və çıxmış pasientlərin sayını açıqladı, kənar mütəxəssislərin klinikaya dəvət olunma qaydaları, stasionar və gündüz stasionarına xəstə qəbulu zamanı yol verilən nöqsanları diqqətə çatdıraraq aradan qaldırılması istiqamətində müvafiq tövsiyyələrini verdi.
Tədris Terapevtik Klinikanın Poliklinika şöbəsinin müdiri Təranə Musayeva da öz növbəsində klinikada ambulator qəbulun sənədləşdirilməsi hesabatı ilə çıxış etdi. Bir il ərzində aparılmış sənədləşdirmə işlərinin faiz göstəricilərini açıqladı. Ambulator qəbulun aparılması ilə bağlı mövcud qaydaları iclas iştirakçılarının diqqətinə çatdırdı. Sonda Klinikanın direktoru professor Surxay Musayev cari məsələlərə toxunaraq elektron səhiyyə sisteminə keçidlə bağlı müvafiq göstərişlərini verdi.