Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tibb elmləri doktoru, professor Əliağa Əlizadənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Konfransda professor Ə.Əlizadənin həyat və fəaliyyəti haqqında konfrans iştirakçılarına qısa məlumat verilərək onun 1968-ci ildə ilk dəfə olaraq ana dilində “Uşaq cərrahlığı” dərsliyinin müəllifi olduğu xatırladıldı. Tədbirdə Əliağa Əlizadənin 5 il ərzində ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışdığı qeyd edilərək konfrans iştirakçılarının nəzərinə çatdırıldı ki, rofessor Ə.Əlizadənin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan SSR Ali Sovetinin və Səhiyyə Nazirliyinin fəxri fərmanları və “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Ə.Əlizadə 29 oktyabr 1976-cı ildə 61 yaşında kəskin ürək tutmasından vəfat edib.
ATU-nun uşaq cərrahlığı kafedrasının müdiri Çingiz Qulieyv çıxış edərək kafedrann indiki fəaliyyəti haqqında danışdı. Konfransda Uşaq cərrahlığı kafedrasının professoru Elmira Pənahova, Uşaq cərrahlığı kafedrasının dosenti Qismət Əliyev, Ümumi cərrahiyyə kafedrasının müdiri professor Çərkəz Cəfərov çıxış etdilər. Ə.Əlizadənin ailə üzvləri adından Azərbaycan Ortopediya və Travmatalogiya Elmi-Tədqiqat İnstitutunun "İrinli Cərrahiyyə" şöbəsinin rəhbəri, mərhumun oğlu professor Çingiz Əlizadə çıxış etdilər.
Konfrans məruzələrlə davam etdirildi.