Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində Elmi işlərin planına uyğun olaraq rezidentlərin və kursantların iştirakı ilə Elmi seminar keçirilib.
Elmi Seminar Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin nümayəndəsi Vaqif Dadaşzadə iştirak ediblər.
Elmi seminarı Hərbi Tibb Fakültə rəisi tibb xidməti polkovniki Fəxrəddin Ağayev açaraq, iclası aparmaq üçün sözü Hərbi Tibb Fakültə rəisinin elmi işlər üzrə müavini, tibb elmləri namizədi, tibb xidməti polkovnik – leytenantı Pərviz Məmmədova verib.
Birinci məruzəçi Hərbi Tibb Fakültəsinin revmatologiya ixtisası üzrə II kurs rezidenti, tibb xidməti leytenantı M.Y.Məmmədov “Vegener qranulomatozu” mövzusunda çıxış etdi. Mövzuda “Vegener qranulomatozu”nun ən son təsnifatı, müasir yanaşma üsulları, klinikası və müasir müalicə metodları haqqında geniş məlumat verildi məruzəçiyə.
Hərbi Tibb Fakültəsinin rezidentləri R.S.Xəlilov, E.G.Rüstəmov, A.S.Məmmədov, E.R.Abdullayev suallar verdi və onları qane edən cavablar aldılar.
Ikinci məruzəçi – Hərbi Tibb Fakültəsinin şüa diaqnostikası üzrə II kurs rezidenti C.R.Nizamov “Kəskin və xroniki pankreatidlərdə radioloji diaqnostikası” mövzusunda çıxış etdi və kəskin və xronik pankreatitlərin radioloji diaqnostikasının müasir prinsipləri haqqında ətraflı məlumat verildi. Bu məruzəçinin də çıxışı seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.
Bununla da Elmi seminar öz işini bitirdi.