Hərbi Tibb fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, Azərbaycan Tibb Universitetinin 95 və Hərbi Tibb fakültəsinin 25 illik yubileylərinə həsr olunmuş “Brain storm” (Beyin fırtınası) adlı intellektual bilik yarışması-viktorina keçirilib
Viktorinanın məqsədi kursantların intellektual bilik səviyyələrinin yüksəldilməsi, komandada işləmək bacarıqlarının artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi olub.
Kursantlar "Matriks", "Triumf", "Əfsanə" və "Arsenal" komandalarında birləşərək anatomiya, normal fiziologiya, daxili xəstəliklər, hərbi səhra cərrahiyyəsi, hərbi səhra terapiyası, tibb xidmətinin təşkili və taktikası fənləri üzrə sualları cavablandırıblar.
Gərgin mübarizə şəraitində keçən viktorinanın yekununda münsiflər heyətinin qərarı ilə "Triumf" komandası qalib elan olunub.
Qalib komandanın üzvləri və viktorinanın fəal iştirakçıları kubok, sertifikat və diplomla təltif ediliblər.