ATU-nun Tədris Cərrahiyyə Klinikasında amerikalı professor Alva Weir "Bəd xəbərin xəstələrə çatdırılması" mövzusunda mühazirə oxuyub.

  Qonaq həmçinin Tədris Cərrahiyyə klinikasının Treyninq mərkəzi və klinikanın şöbələrindəki şəraitlə tanış olub. Sonra prof Alva Weir klinikanın direktoru, professor Nuru Bayramov ilə görüşüb, öz təəsuratları ilə bölüşüb.

  Beynəlxalq Əlaqələr üzrə prorektor R.Qabulova Prof Alva Weirin Azərbaycana Fulbrayt proqramı çərçivəsində dəvət olunduğunu və ATU-nun Onkologiya, Terapevtik, Cərrahi klinikalarında və Milli Onkologiya Mərkəzində 3 həftə ərzində onkologiyanın müxtəlif sahələrinə həsr olunmuş mühazirələr oxuyacağını, xəstələrin müzakirəsində iştirak edə biləcəyi haqqında mühazirə iştirakçıları məlumatlandırıb.