ATU-da İsrailin Soroka  Tibb Mərkəzinin nümayəndələri ilə görüş keçirilib  

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə səfərdə olan İsrailin Soroka Tibb Mərkəzinin nümayəndə heyətinin üzvləri ilə görüşüb

 Görüşdə  Soroka Tibb Mərkəzi Ben-Gurion Universiteti və ATU arasındakı əməkdaşlığın dərinləşməsi, pediatriya sahəsində təhsilin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.  
Professor Gəray Gəraybəyli qonaqlara Azərbaycan Tibb Universitetinin tarixi və fəalliyəti, təhsil ocağının son illərdə beynəlxalq arenada qazandığı uğurlar, təhsil və tədris prosesinin quruluşu, dugər əsas məsələlər Haqqında ətraflı məlumat verib.  Bu yaxınlarda ATU-nun 95 illik yubileyinə həsr olunan Tibb Festivalı haqqında həmkarlarını məlumatlandıran rektor professor G.Gəraybəyli hazırda universitetin əcnəbi tələbələrinin sayına görə ölkəmizdə birinci yerdə olduğunu da qeyd edib. Dünyanın aparıcı elmi-tibbi ocaqları ilə qurulan əməkdaşlıqlar barədən danışan ATU rektoru G.Gəraybəyli bu sırada İsrailin Ben Gurion Universiteti və Soroka Tibb Mərkəzini də xüsusi vurğulayıb, müştərək elmi tədqiqat işlərinin aparılmasının vacibliyini qeyd edib. 
Soroka Universiteti Tibb Mərkəzinin Uşaq Neyrocərrahiyyəsi şöbəsinin direktoru Dr. Mikki Gideon. öz növbəsində Bakıya yenidən səfər etməkdən məmnun olduğunu bildirib. O, təmsil etdiyi tibb mərkəzinin ATU ilə mövcud əməkdaşlığından söz açaraq buəlaqələri gücləndirməyin əhəmiyyətini qeyd edib. Doktor M.Gideon bir müddət əvvəl Azərbaycana səfəri zamanı ATU-nun tələbələri qarşısında çıxış etdini, yerli neyrocərrahlarla görüşdüyünü, burada konsultasiya həyata keçirtdiyini də xatırladıb.

Mərkəzin pediatriya xəstəxanasının rəhbəri, professor Dudi Qrinberq Soroka klinikasının İsrailin ən böyük müalicə-diaqnostika mərkəzlərindən biri olduğunu vurğulayıb. İsrailin cənubunda yerləşən bu mərkəzdə təxminən 1 milyon insana tibbi xidmətlər göstərilir. Geniş spektrli tibbi xidmətlər göstərən klinikada Uşaq xəstəlikləri, Onkoloji mərkəzlə yanaşı, Travmatologiya və təcili yardım şöbəsi və qabaqcıl tibbi texnologiyalarla təchiz edilmiş diaqnostik laboratoriyalar fəaliyyət göstərir. Qonaq fövqəladə hallar zamanı  strateji əhəmiyyətə malik olan Soroka Tibb Mərkəzi ilə ATU-nun pediatriya, eləcə də digər ixtisaslar üzrə tərəfdaşlığının gücləndirilməsi barədə  fikirlərini açıqlayıb. 
Soroka xəstəxanasının uşaq qastroenterologiyası şöbəsinin rəhbəri Professor Barux Yeruşalmi, endokrinologiya şöbəsinin rəhbəri Professor Eli Herşkovits, uşaq kardiologiyası şöbəsinin rəhbəri Doktor Xana Krimko, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayevın də iştirak etdiyi görüşdə pediatriya ilə yanaşı, digər sahələrdə qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub. Qonaqlar daha sonra ATU-nun Anatomiya muzeyini ziyarət ediblər, 1919-cu ildə əsası qoyulan Muzeyin inkişaf tarixi və zəngin kolleksiyası ilə tanış olublar.