Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının dosenti Müşfiq Orucov Özbəkistanda səfərdə olub
Səfər zamanı M.Orucov ATU-nun rəsmi əməkdaşlıq etdiyi Səmərqənd Dövlət Tibb Universiteti və Əbu Əli ibn Sina adına Buxara Dövlət Tibb İnstitutunda olub, rəhbərlik və professor-müəllim heyətləri ilə görüşüb. Görüşlər zamanı tədris müəssisələrimiz arasındakı elmi, tədris və mədəni əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.