ATU-nun Tədris Stomatoloji Klinikasının səyyar xidməti davam edir

Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikası əsas həkim heyəti və rezident həkimlərin iştirakı ilə stomatoloji xidmətlərə əlçatanlığı artırmaq və cəmiyyətin ağız-diş sağlamlığını qorumaq məqsədilə səyyar xidmətlərini davam etdirir

Bu dəfəki ünvan Azərbaycan Texniki Universiteti olub. Burada 100-dən çox tələbənin müayinəsi həyata keçirilib.

Xüsusi diqqət ağız boşluğunda kariyes, diş əyrilikləri, diş əti xəstəlikləri və digər ortodontik problemlərin erkən mərhələdə aşkarlanmasına yönəldilib. Aşkarlanan hallar qeydiyyata alınaraq, vaxtında müdaxilə üçün ilkin tədbirlər görülüb. Bu yanaşma gələcəkdə daha ciddi stomatoloji problemlərin qarşısını almağa kömək edəcək.

Bildirək ki, səyyar xidmət yalnız tələbələrlə məhdudlaşmır. Layihə çərçivəsində Bakı şəhəri üzrə müxtəlif əraziləri əhatə edən növbəti səfərlər də planlaşdırılıb.