Bu gün akademik Əhliman Əmiraslanovun ad günüdür. O, bir sıra yerli və xarici elmi təşkilatların üzvü, çoxsaylı mükafat və laureatların sahibidir. Dünyada tanınan və layiqli nüfuz qazanan alim hələ keçmış Sovet dönəmində, 1986 – cı ildə elm və texnika sahəsi üzrə «Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların klinik təcrübədə tətbiqi» haqqındakı silsilə elmi – texnoloji işlərinə görə SSRİ Dövlət Mükafatı laureatına, 1991-ci ildə isə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.
Bu xoş gündə Əhliman Əmiraslanovu ürəkdən təbrik edir, ona can sağlığı, elmimizin və ümumilikdə ölkəmizin inkişafı naminə tükənməz enerji arzulayırıq