Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Fulbright mütəxxəssis proqramı” çərçivəsində hemotoloq-onkoloq, professor Alva Bowen Weir yekun mühazirəsini keçirib.
”Aqressiv limfomalar” mövzusunda danışan professor xəstəliyin ən çox rast gəlinən formaları barədə həkim rezident və tələbələrə məlumat verib. Dr. Alva mühazirəsində limfomaların diaqnostikası, orqanizmdə yaratdığı fəsadlar və müasir müalicə üsulları haqqında ən son məlumatları seminar iştirakçıları ilə bölüşüb. Xəstəliklə bağlı ABŞ-da mövcud olan statistik göstəriciləri qeyd edib. Aşağı dərəcəli və aqressiv limfomalar zamanı tətbiq olunan müalicə üsullarının fərqini izah edib.
Qeyd edək ki, dr. Alva Bowen Weirin Klinikada 3 həftə ərzində Qan hüceyrələrinin artması, Qanama, Mielom xəstəliyi, Xroniki Leykemiya və Aqressiv limfomalar mövzusunda mühazirələri baş tutub.