Kursun əsas mövzusu epilepsiyanın diaqnostika və müalicəsində müasir yanaşmalar və beynəlxalq təcrübənin mübadiləsi olub.
Bu nüfuzlu beynəlxalq tədbirdə universitetimizin Nevrologiya kafedrasının əməkdaşları - kafedranın müdiri, professor Aytən Məmmədbəyli, o cümlədən Nailə Abbasova, Sona Əliyeva, Şəhla Məlikova, Aygün Musayeva, Samirə İsmayılova və Mədinə Tağıyeva ölkəmizi layiqincə təmsil ediblər.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış nevroloqlar, epileptologiya üzrə ixtisaslaşmış mütəxəssislər, eləcə də tədqiqatçılar iştirak edib. Əməkdaşlarımızın elmi məruzələri və klinik təcrübəyə əsaslanan çıxışları xarici mütəxəssislərin marağına səbəb olub. Onlar müasir nevroloji yanaşmalar, innovativ diaqnostik metodlar və fərdi müalicə strategiyaları barədə fikir və bilik mübadiləsi aparıblar.
Qeyd edək ki, belə tədbirlər təkcə elmi yeniliklərin müzakirəsi deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi, gənc mütəxəssislərin inkişafı və tibb sahəsində qabaqcıl təcrübələrin ölkəmizə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.