Azərbaycan Tibb Universiteti (ATU) Şəxsi İnkişaf və Psixoloji Təlimlər Klubunun bir illik fəaliyyətinə həsr edilən kitab işıq üzü görüb

Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Şəxsi İnkişaf və Psixoloji Təlimlər Klubunun bir illik fəaliyyətinə həsr olunmuş kitab işıq üzü görüb.

"Tarixə Düşən Fəaliyyətlər " adlı kitabda klubda bu müddət ərzində keçirilən psixoloji təlimlər, seminar və maarifləndirici tədbirlər, komanda inkişafı proqramlarına dair məlumat verilib
Bir ideyanın gerçəkliyə çevrilmə tarixini nümayiş etdirən bu kitabın səhifələrində yalnız tədbirlər deyil, həm də tələbələrin xəyalları, çəkdiyi zəhmətlər barədə məlumat tapmaq mümkündür. 

Kitabın müəllifləri ATU-nun Hərbi Tibb fakültəsinin IV kurs tələbəsi  eyni zamanda klubun təsisçisi və sədri Nəriman İskəndərov, həmin klubun idarə heyətinin üzvü Hərbi Tibb fakültəsinin II kurs tələbəsi – Rəşid Qasımlıdır. Kitabda qeyd edilib ki, klubun yaradılmasında əsas məqsəd gəncləri özünüinkişafa, psixoloji maarifə və sosial təşəbbüskarlığa təşviq edən bir mühit yaratmaq, tələbələri əhatə edən bir platforma yaratmaqdan ibarət olub. Bu qurumun fəaliyyəti sayəsində fərqli fakültələrdə təhsil alan gənclər arasında özünüifadə, liderlik, ictimai iştirakçılıq və psixoloji dayanıqlıq kimi sahələrdə inkişaf imkanları yaradılıb. 

Səmimi əməkdaşlıq, ruh yüksəkliyi və qarşılıqlı anlayış nəticəsində uğurlar ədə edilib. 
Kitab müəllifləri klubun yaranması və fəaliyyətinin dəstəklənməsinə şərait yaratdığı üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyinə, bütün tədbirlərin təşkili və texniki dəstəklərinə görə ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinə, Tələbə Gənclər Təşkilatına, klubun ideya və təşkilati bazasını formalaşdırdığı üçün bütün idarə heyəti üzvlərinə və fəal tələbələrə təşəkkürlərini bildiriblər. 

Klub üzvlərinə və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.