Bu gün akademik Əhliman Əmiraslanov Türkiyənin Elsevier və Gemini şirkətinin nümayəndələrini qəbul edib. Görüş zamanı akademik Ə.Əmiraslanov Tibb Universiteti ilə Elsevier şirkəti arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnun olduğunu bildirdi. O, Azərbaycan Tibb Universitetinin səhiyyə sahəsindəki yeniliklərlə daim maraqlandığını və modern texnologiyaların tətbiqinə çalışdığını bildirib. Akademik Ə.Əmiraslanovun sözlərinə görə, həkimlərin bu cür elektron proqramdan yararlanması onların işinə böyük fayda gətirə bilər.
Gemini Ltd.-nin nümayəndəsi Eda Özdemiroğlu şirkətin təqdim etdiyi “ClinicalKey” sistemi ilə bağlı ətraflı açıqlama verərək artıq Türkiyənin demək olar ki, bütün klinikalarında bu sistemdən istifadə olunduğunu bildirdi.
Elsevier şirkətinin meneceri Atilla Ikinci təqdim olunan Clinical Key sağlamlıq araşdırmalarına yeni bir yanaşmanı təklif etdiyini bildirib. Onun sözlərinə görə, təqdim olunan axtarış sistemi səhiyyənin və cərrahiyyənin bütün bölmələrini əhatə edir. Bu proqram həkimlərin işini sürətləndirməsi, elm adamlarının daha dolğun araşdırma aparmasına imkan yaradır.
Qeyd edək ki, “Clinical Key” proqramından artıq ATU-nun Tədris Terapevtik Klinikasında tətbiq olunur. Bu yaxınlarda isə ATU-nun Onkoloji klinikasında həmin sistemin təqdim olunacağı planlaşdırılır.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov da iştirak edirdilər. Qeyd edildi ki, Tibb Universitetinin klinikalarında artıq bu cür sistemlərin tətbiq olunur və belə proqramlar tibb işçilərinin, elm adamlarının elektron qaynaqlara çatmasını daha da asanlaşdırır.
Qeyd edək ki, Elsevier elm və səhiyyə sahəsində informasiya-texnologiya həllərini təqdim edən ən böyük qurumlardan biridir. ClinicalKey axtarış sistemi isə özündə 2200 jurnal, 25 min adda kitab, sorğu kitabçalarını birləşdirir. Gemini Büro sistemləri və Donatım LTD isə universitetlər də daxil olmaqla bir çox təhsil və səhiyyə müəssisələrində elektron kitabxanalar quraşdırır.