Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı, THİK Əczaçılıq, ATU Tələbə Gənclər Təşkilatı və AIESEC Azərbaycanın ortaq təşkilatçılığı ilə "AIESEC nədir?" mövzusunda info sessiya keçirilib
Tədbirdə AIESEC Azərbaycan təşkilatı Marketinq və İctimai Əlaqələr üzrə Lokal Komitə Sədri Nazənin Məmmədli,Xaricdə Könüllülük Proqramları üzrə Lokal Komitə Sədri Ləman Alxasova və Marketinq Koordinatoru İsazadə Aşafatma çıxış edərək tələbələrə AIESEC Azərbaycan təşkilatının yaranması, məqsədi, Qlobal könüllülük, Qlobal iş və Qlobal müəllimlik layihələri haqqında ətraflı məlumat verdilər. Sonda sual-cavab sessiyası oldu və tələbələr sual-cavabda aktiv iştirak etdilər.