ATU Tədris-Terapevtik Klinikasının Ürək-Damar Mərkəzinin rəhbəri dos.dr. Fərid Əliyev Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri seçilib.
Bu münasibətlə Fərid Əliyevi səmimi qəlbdən təbrik edir, ona Azərbaycanda kardiologiya elminin inkişafı naminə möhkəm can sağlığı, işlərində yeni-yeni nailiyyətlər arzu edirik.
HAQQINDA: Ondokuz Mayıs Universiteti Tibb fakultəsini (Türkiyə) bitirən Fərid Əliyev təhsilini 2007-ci ilədək İstanbul Universiteti Cerrahpaşa Tibb Fakultəsində rezidentura pilləsində (Uzmanlık) davam etdirib. 2012-ci ildə isə, Türkiyədə imtahanla alına biləcək ən üst elmi dərəcə - Dosent elmi dərəcəsini alıb.
Elmi və həkimlik fəaliyyətinə Türkiyədə İstanbul Universitetində başlayan Fərid Əliyev, 2009-cu ildən Azərbaycanda çalışır.
Fərid Əliyev 2013-cü ildən Azərbaycan Tibb Universitetində Daxili Xəstəliklər və Reanimatologiya Kafedrasında fəaliyyətini davam etdirir.