Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirir.
Sənədli filmlər həftəsi çərçivəsində dekabrın 2-də Azərbaycan Tibb Universitetində tədbir keçirilib. Tədbirdə universitetin məzunu, Milli Qəhrəman Muxtar Qasımovu yaxından tanıyanlar, tələbə və cəbhə yoldaşları çıxış edərək onun keçdiyi qəhrəmanlıq yolundan danışıb və gənc nəslə örnək ola biləcək belə insanları heç vaxt yaddan çıxarmayacaqlarını dilə gətiriblər.
Sonda rejissor Rəşad Qasımovun Azərbaycanın Milli Qəhrəmanı Muxtar Qasımovun qəhrəmanlıq səlnaməsindən bəhs edən “Vətən sevgisi” adlı sənədli filmi nümayiş olunub. Tədbirdə Azərbaycan Tibb Universitetinin rəhbərliyi, müəllim və tələbələri, həmçinin Milli Qəhrəmanın həyat yoldaşı, anası, dostları və cəbhə silahdaşları iştirak ediblər.