MC 2025 konfransı Almaniya Elektron Mikroskopiya Cəmiyyəti, İsveçrə Optika və Mikroskopiya Cəmiyyəti, həmçinin Avstriya Elektron Mikroskopiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransa dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər, tədqiqatçılar və mütəxəssislər qatılıb.
ATU nümayəndələri konfrans çərçivəsində “Comparative study of tannic acid diffusion as a micromolecular tracer in the meninges of the spinal cord and peripheral nerve sheaths – An electron microscopic investigation” mövzusunda poster məruzə ilə çıxış ediblər. Məruzənin müəllifləri sırasında ATU əməkdaşları ilə yanaşı, tədqiqatçılar E. Qasımov və S. İsrafilova da yer alıblar.
Təqdim olunan tədqiqat işi beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanaraq geniş müzakirələrə səbəb olub. Bu uğurlu təqdimat, ATU-nun elmi potensialının və beynəlxalq əməkdaşlıq imkanlarının bir daha nümayişi kimi qiymətləndirilib.
ATU nümayəndələrinin MC 2025-də iştirakı universitetin elmi fəaliyyətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verməklə yanaşı, Azərbaycan elminin dünya səviyyəsində təmsil olunmasında da əhəmiyyətli rol oynayır.