Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında məhşur “Elsevier” nəşriyyat evinin Tədris Terapevtik və Cərrahiyyə Klinikaları üçün təkşil etdiyi xüsusi kampaniyanın təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Klinikanın direktoru professor Surxay Musayev bu təşəbbüsü yüksək qiymətləndirdi. 2 ay müddətində Klinika əməkdaşlarına “Elsevier” elektron kitabxanasına və bazasına pulsuz giriş imkanının yaradıldığını diqqətə çatdırdı. Sistemin özündə 2200 jurnal, 25 min adda kitab və sorğu kitabçalarını birləşdiyini vurğuladı.
“Elsevier” şirkətinin məsul şəxsi Özləm Tanırqan da öz növbəsində çıxış edərək Tİbb Universiteti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirdi. Daha sonra axtarış sisteminin necə işlməsinə həsr olunmuş təqdimatını tədbir iştirakçılarına çatdırdı. “Clinical Key” tətbiqinin mobil versiyasının olduğunu da vurğuladı. Sistəmdə tibb sahəsinə aid milyondan çox mənbəyə giriş imkanı əldə etməklə yanaşı, pasiyentlərin ilkin şikayətlərini daxil etməklə ehtimal olunan xəstəliklərin filtrlənmiş nəticələrini əldə etməyin mümkün olduğunu söylədi. Müasir tibbi yeniliklərin və nəşrlərin artıq əlçatan olduğunu vurğuladı. Təqdimat axtarış sisteminin işləmə mexanizmini izah edən praktiki hissə ilə davam etdi.