Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə tələbələr arasında yeni mövsümün ilk intellektual yarışı – “Dostluq turniri” keçirildi.
Turnirdə Azərbaycan Tibb Universitetinin İntellektual Oyunlar Klubuna yeni qoşulan tələbələr öz bilik və bacarıqlarını nümayiş etdirərək bir-birilə mübarizə apardılar. Yarışdan əvvəl klubun sədri Aydın Cəfərov iştirakçılara yeni semestrdə uğurlar arzulamış və intellektual oyunların qaydaları barədə geniş məlumat verilib.
Gərgin və maraqlı mübarizədən sonra “Neurona” komandası 14 xalla I yerə, “Kodon 64” komandası 13 xalla II yerə, “ForFun” komandası isə 12 xalla III yerə layiq görülüblər. Qaliblər Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyə və medallarla mükafatlandırılıblar.
Sonda tələbələr dəstəyə görə ATU THİK sədri Qoşqar İsmayılova təşəkkürlərini bildiriblər.