İctimai Səhiyyə fakültəsində “İlin tələbəsi” sertifikatı ilə təltif olunan tələbələr müəyyənləşdi

2024/2025-ci tədris ilinin 2-ci semestri üzrə Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsində tələbələrin Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə (ÜOMG) əsaslanan qiymətləndirmə nəticəsində ən yüksək nəticə göstərən üç ixtisas üzrə tələbələr seçilərək “İlin tələbəsi” sertifikatı ilə təltif olunublar.

Bu seçim tələbələrin tədris prosesinə göstərdiyi məsuliyyət, əzmkarlıq və davamlı inkişaf istəyinin göstəricisidir. Seçilən tələbələr öz ixtisaslarında nümunəvi akademik göstəriciləri ilə fərqləniblər.

🏅 Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə – Qəmər Əhmədova (322F-1B), ÜOMG: 95.7689

🏅 İctimai səhiyyə ixtisası üzrə – İmarət Nağıyeva (322A-1A), ÜOMG: 98.6167

🏅 Tibb bacısı (qardaşı) işi ixtisası üzrə – Röya Ağalı (322T-1C), ÜOMG: 98.0500

“İlin tələbəsi” sertifikatları fakültə dekanı dosent Qalina Qəniyeva tərəfindən təqdim edilib. Dekan tələbələri təbrik edərək onların tədrisə göstərdiyi səyləri yüksək qiymətləndirib və uğurlarının davamlı olmasını, əldə etdikləri nailiyyətlərin gələcək fəaliyyətləri üçün möhkəm təməl olmasını arzulayıb.