Dekabrın 18-də Azərbaycan Tibb Universitetinin (ATU) Mərkəzi Metodik Komisiyasının (MMK) iclası keçirilib. İclası açıq elan edən komissiya sədri, tədris işləri üzrə prorektor Sabir Əliyev tədbir iştirakçılarını gündəliklə tanış edib. Daha sonra komissiya üzvləri 2015/2016-cı tədris ilində ilk imtahan sessiyasına hazırlıqla bağlı müzakirələr aparıblar. ATU-nun tədris şöbəsinin müdiri Nəsimi Qasımov qış imtahan sessiyası ilə əlaqədar görülən işlər, nəzərdə tutulan tədbirlər planı haqqında məlumat verib. N.Qasımov əşkili üçün qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, imtahan sessiyasının təşkili zamanı universiet tərəfindən tərtib olunmuş tədris planlarına və mövcud təlimatlara riayət edilməlidir. Həmçinin, sessiyanı mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirməsində şəffaflığı və obyektivliyi təmin olunmasının vacibliyi qeyd olunub. Bununla yanaşı, ötən tədris ilindəki payız imtahan sessiyasından kredit borcu qalan tələbələrin kredit borclarını ləğv edə bilmələri üçün dərslərdə iştirak etmələrinə şərait yaradılmasının önəmi də vurğulanıb. Sonda 2015/2016-cI tədris ilinin payız (qış) imtahan sessiyasının şəffaf, təlimata uyğun şəkildə keçirilməsi üçün hazırlıq işləri ilə əlaqədar müvafiq göstərişlər verilib.