Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Stomatologiya kafedrasının dosenti Elnur İmanov tam dişsiz çənələr üçün nəzərdə tutulmuş tam çıxan lövhəli protezlərin yeni və təkmilləşdirilmiş konstruksiyasını hazırlayıb. Bu yeni protez dizaynı xəstələr üçün rahatlıq və funksionallıq baxımından mühüm irəliləyiş hesab olunur.
Doktor E.İmanov oğlunun hazırladığı bu yenilikçi ixtira Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 2025-ci ilin avqust ayında patentləşdirilib. Patentləşmə prosesi protezin unikal xüsusiyyətləri və tətbiq sahəsindəki yenilikçi yanaşmasının rəsmi şəkildə tanınması kimi qiymətləndirilir.
Həkim-stomatoloq İmanovun hazırladığı bu protez konstruksiyası tam dişsiz çənəsi olan şəxslərin həyat keyfiyyətini artırmaq məqsədi daşıyır. Yeni protez daha möhkəm yapışma, rahat istifadə və uzunömürlülük xüsusiyyətlərinə malikdir ki, bu da xəstələr üçün stomatoloji xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.