Universitetimizin əməkdaşı Türkiyədə kitab həmmüəllifi olmuşdur

II Uşaq xəstəlikləri kafedrasının dosenti Kərimova Məleykə Türkiyənin İstanbul şəhərində EMA Tıp Kitabevi tərəfindən çap olunmuş  “ Alerji ve İmmünoloji Hastalıkları: Gencel tanı ve tedavi” kitabında həmmüəllif kimi yer alıb. Professor dr. Ayşe Baççıoğlu və professor. dr. Ayşe Füsun Kalpakoğlunun redaktorluğu ilə ərsəyə gəlmiş  734 səhifəlik kitabda,  allergologia və immunologiya sahəsinin aktual məsələləri, onların diaqnostika və müalicəsindəki yeniliklər, xəstəliklərin alqoritmləri və s. mühüm məqamlar öz əksini tapıb. Universitetimizin əməkdaşı kitabın  uşaqlarda xronik öskürəklər, onların səbəbləri, diaqnostikası və müasir yanaşmaya həsr olunmuş “ Çocukta kronik öksürüğe yaklaşım”  bölümünün  müəllifidir.