Bu ggünlərdə Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə “AGHA İllik HepatoGastro I Forumu: Qastroenterologiya və Hepatologiyanın aktual problemləri” adlı elmi konfrans uğurla keçirilib.
Forumda Azərbaycan Tibb Universitetini t.ü.f.d. Hicran Xıdırova təmsil edib. O, “Sklerozlaşan xolangit” mövzusunda məruzə ilə çıxış edərək xəstəliyin etiologiyası, klinik xüsusiyyətləri və müasir diaqnostika yanaşmaları barədə ətraflı məlumat verib. Məruzə zamanı həmçinin bu sahədə aparılan son tədqiqatlar və müalicə strategiyalarının təkmilləşdirilməsi yolları barədə fikirlər səsləndirilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan, Türkiyə, Qırğızıstan, Serbiya, Moldova və İndoneziyadan 200-dən çox həkim iştirak edib. İki gün ərzində 24 spiker qastroenterologiya və hepatologiyanın müxtəlif sahələri üzrə aktual mövzularda məruzələrlə çıxış edib, elmi müzakirələr aparılıb.