Toplantı Cərrahi xəstəliklər şöbəsinin müdiri, Professor Xaləddin Musayev, tibb üzrə fəlsəfə doktoru, I cərrahi xəstəliklər kafedrasının assistenti Solmaz İmanova, tibb üzrə fəlsəfə doktoru Aynur Safiyeva və Cərrahı xəstəliklər kafedrasının dosenti, Tibb Elmlər Doktoru Eldar Əliyevin təşkilatçılığı altında həyata keçirildi.
Toplantının birinci hissəsində Professor Xaləddin Musayev "Azərbaycan kolon və rektum cərrahi dərnəyi " adlı cəmiyyətin yaradılması ilə bağlı plandan söhbət açdı. Planlaşdırılan dərnəyin yaradılmasında məqsəd dərnək üzvlərinin bu sahədə haqlarının qorunması, onlara öz ixtisasları üzrə ixtisaslaşmalarına yardım etmək, standartlara uyğun olaraq həkimlərin xəstələrə xidmət göstərməsini təmin etməkdir.
Dərnəkdə təlimləndirici seminarların, treninqlərin keçirilməsi, elmi konfranslar, simpozium və seminarların keçirilməsi, elmi məqalələrin dərc edilməsi, Beynəlxalq səviyyədə (Türkiyyə, Rusiya, Avropa) iş birliyi aparmaq, yeni praktika və bacarıqların əldə edilməsi üçün xarici ölkələrdən mütəxəssislərin dəvət olunmasının planlaşdırılması barədə söhbət açıldı.
Bundan əlavə əhalini maarifləndirmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə etmək nəzərdə tutulur.
Həmçinin dərnəyin vəzifə və hüquqları, üzvləri, etik qruplar, etik standartlar və s. mövzularda da söhbət açıldı.Toplantının ikinci hissəsində tibb üzrə fəlsəfə doktoru, I cərrahi xəstəliklər kafedrasının assistenti Solmaz İmanova
" Pararektal fistulların müalicəsində seton tətbiqi zamanı müşahidə olunan fəsadlar" mövzusunda məruzə ilə cıxış etdi. Məruzədən sonra iştirakçılar ilə mövzu ətrafında maraqlı disskusiyalar aparıldı.