27 oktyabr tarixində Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi və Şəxsi İnkişaf və Psixoloji Təlimlər Klubunun təşkilatçılığı ilə “Nəfəs al, düşün, hərəkət et – stressin idarəetmə sirləri” adlı seminar baş tutub
Tədbiri giriş sözü ilə açan ATU THİK sədr müavini Özləm Tahirli seminar mövzusunun aktuallığını vurğulayaraq, tələbələrin psixoloji rifahının və emosional sabitliyinin qorunmasının əhəmiyyətindən danışıb.
Daha sonra ATU-nun Psixiatriya kafedrasının əməkdaşı, uşaq-yeniyetmə psixoloqu Pərvin Müslümzadə iştirakçılara stressin effektiv idarə olunması, emosional balansın saxlanılması və psixoloji dayanıqlığın artırılması ilə bağlı praktik tövsiyələr verib.
İnteraktiv müzakirələr və praktiki tapşırıqlarla müşayiət olunan seminar tələbələrin böyük marağına səbəb olub.