Dekabrın 28- də ATU-nun ictimai fənlər kafedrasında tanınmış alim, görkəmli filosof, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Adil Məşədi Yusif oğlu Nəcəfovun anadan ilmasının 90 illiyinə həsr olunmu şelmi konfrans keçirildi.
Kofransı giriş sözüylə açan universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev qeyd etdi ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin qoyduğu gözəl bir ənənə var. Hər zaman xalqımız, mədəniyyətimiz, elmimiz, təhsilimiz qarşısında xidmətləri olan insanların xatirəsi anılır, yubileyləri keçirilir. Bu ənənə bizim universitetdə də daim qeyd edilir. Professor Adil Nəcəfovun həyat və fəaliyyəti haqqında qısa məlumat verən prorektor bildirdi ki , Adil müəllim fəlsəfə kafedrasına rəhbərlik etdiyi dövrdə elmi, ictimai və pedaqoji fəaliyyəti ilə yanaşı, universitetimizdə gənc kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmiş və onu tanıyanların qəlbində özünün möhtəşəm heykəlini ucaltmışdır.
ATU-nun ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev professor Adil Nəcəfovun həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi.
Sonra xatirə çıxışları oldu.
Çıxışlarda böyük alimin həyat və fəaliyyətinin işıqlandırılması üçün ayrıca internet səhifəsinin yaradılmasını təklif etdilər. Onlar vurğuladılar ki, əsl Azərbaycan ziyalısı kimi bütün keyfiyyətlərə malik olan müdrik insan, professor Adil Nəcəfov Tibb Universitetinin məzunlarının, professor-müəllim heyətinin yaddaşında daim xeyirxah, obyektiv, ədalətli, eləcə də prinsipial bir filosof-müəllim kimi indi də yaşamaqdadır.
Alimin ailə üzvləri adından çıxış edən Kəmalə Əfəndiyeva professor Adil Nəcəfovun xatirəsinə göstərilən bu ehtirama görə Tibb Universitetinin rəhbərliyinə, ictimai fənlər kafedrasının kollektivinə və eləcə də bütün tədbir iştirakçılarına dərin təşəkkürünü bildirdi.
Sonda tədbir iştirakçıları ictimai fənlər kafedrasının foyesində professor Adil Nəcəfovun məqalə və kitablarından ibarət təşkil olunmuş stentlə də tanış olmuşlar.