Bizi izləyin:
Heydər Əliyev
ATU-da imtahanlara hazırlıqla bağlı görüş keçirilib

ATU-da imtahanlara hazırlıqla bağlı görüş keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev universitetin fakültə dekanları və imtahan nəzarətçiləri ilə görüş keçirib

Görüşdə qarşıdan gələn imtahan sessiyasına hazırlıq vəziyyəti, imtahanların gedişində şəffaflıq və obyektivliyin təmin olunması, eləcə də texniki və təşkilati məsələlər müzakirə edilib.

Professor Anar Ağayev çıxışında qeyd edib ki, ATU-da imtahanların yüksək səviyyədə təşkili rəhbərliyin daim diqqət mərkəzindədir: “Bizim əsas məqsədimiz tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsidir. İmtahanların şəffaf və qaydalara uyğun təşkili həm tələbələrə, həm də universitetin nüfuzuna xidmət edir. Hər bir nəzarətçi bu prosesin ədalətli keçirilməsində mühüm rol oynayır”.

Daha sonra Tədris departamentinin rəhbəri Kamandar Yaqubov imtahan prosesində tətbiq ediləcək yeniliklər, qaydalar və nəzarət mexanizmləri barədə məlumat verib: “İmtahan zamanı qaydaların pozulması hallarına qarşı ciddi nəzarət tədbirləri görüləcək. Hər bir nəzarətçi məsuliyyətini dərindən dərk etməli, tələbələrin hüquqlarının qorunmasına və prosesin obyektivliyinə xüsusi diqqət yetirməlidir. Əsas məqsədimiz imtahanların şəffaf və ədalətli keçirilməsini təmin etməkdir”.

Görüşdə həmçinin imtahanların keçirilmə qrafiki, texniki təminat, qiymətləndirmə meyarları və kommunikasiya məsələləri barədə fikir mübadiləsi aparılıb.

Sonda professor Anar Ağayev qarşıdan gələn imtahan sessiyasının uğurla həyata keçirilməsi üçün bütün iştirakçılara uğurlar arzulayıb və universitetdə şəffaflıq və obyektivlik prinsiplərinin qorunmasının vacibliyini bir daha xatırladıb.

Paylaş

Dostlarınız ilə paylaşın.