Bizi izləyin:
Heydər Əliyev
Bakıda “Global Skin Health” Beynəlxalq Elmi Konfransı keçirilib

Bakıda “Global Skin Health” Beynəlxalq Elmi Konfransı keçirilib

2025-ci il 26 oktyabrda Bakıda, Holiday Inn otelində “Global Skin Health” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbir Pakistanlı dermatoloqlar və Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrası tərəfindən birgə təşkil olunub. Konfransın məqsədi dəri xəstəliklərinin diaqnostika və müalicəsində müasir yanaşmaları müzakirə etmək, həmçinin Pakistan və Azərbaycan arasında elmi əməkdaşlığı gücləndirmək olub.

Konfransın ekspert komissiyasında kafedranın müdiri, professor Fərid Mahmudov iştirak edib. O, açılış nitqində iştirakçıları salamlayaraq iki ölkə arasında dostluq və elmi əlaqələrin əhəmiyyətini vurğulayıb.

Kafedra əməkdaşları Vahid Mahmudov (“Pemfiqusun müxtəlif formalarının histoloji fərqləri”) və Əsmər Mədətli (“Lipoid nekrobiozun müalicəsində yeni üfüqlər”) mövzularında məruzələrlə çıxış ediblər. Pakistanlı mütəxəssislər isə göbələk mənşəli dəri xəstəlikləri və irinli dermatozların müalicəsində əldə etdikləri təcrübəni bölüşərək antifungal preparatlara qarşı artan rezistentlik və yeni müalicə protokollarını təqdim ediblər.

Tədbir zamanı maraqlı kliniki hallar müzakirə olunub, iştirakçılara xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.

Konfrans Pakistan və Azərbaycan dermatoloqları arasında elmi əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində növbəti uğurlu addım kimi dəyərləndirilib.

 

Paylaş

Dostlarınız ilə paylaşın.