Bizi izləyin:
Heydər Əliyev
ATU nümayəndəsinin Süni İntellekt və Patologiya mövzusunda məruzəsi beynəlxalq konqresdə maraqla qarşılanıb

ATU nümayəndəsinin Süni İntellekt və Patologiya mövzusunda məruzəsi beynəlxalq konqresdə maraqla qarşılanıb

14–16 noyabr 2025-ci il tarixlərində Sivas Cumhuriyyət Universitetinin Mühəndislik Fakültəsi və İKSAD İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Mühəndislik Elmləri Tələbə Konqresi keçirilib

Keçirilən konfrans çərçivəsində Azərbaycan Tibb Universitetinin Patologiya kafedrasının assistenti Dr. Arzu İbişova elmi çıxışı ilə böyük maraq doğurub.

Dr. A.İbişova tədbirdə “Süni intellekt patoloqu nə dərəcədə əvəz edə bilər?” mövzusunda məruzə edərək patologiyanın klassik diaqnostika metodlarından başlayaraq rəqəmsal patologiyanın inkişafı, üstünlükləri və bu sahədə süni intellektin tətbiq imkanları haqqında geniş məlumat təqdim edib.

Məruzə zamanı o vurğulayıb ki, rəqəmsal patoloji telekonsultasiya, tədris və arxivləşmə üçün mühüm üstünlüklər yaradır, standartlaşdırılmış görüntülər diaqnostik dəqiqliyi artırır. Süni intellekt hüceyrə və mitoz sayımı, həmçinin IHC qiymətləndirməsi kimi sahələrdə effektiv yardımçı rol oynayır. Bununla belə, yüksək xərc, texnoloji asılılıq və alqoritmlərin məhdudiyyətləri səbəbindən süni intellektin patoloqları tam şəkildə əvəz etməsinin hələlik mümkün olmadığı diqqətə çatdırılıb.

Çıxış mühəndislik tələbələri tərəfindən böyük maraqla qarşılanıb və tibbi görüntülərdə süni intellektin tətbiqi mövzusu geniş müzakirələrə səbəb olub.

Sivas Cumhuriyyət Universiteti Mühəndislik Fakültəsinin dekanı Prof. Dr. Nevcihan Gürsoy Dr. A.İbişovanın təqdimatını yüksək qiymətləndirərək onu tibb və mühəndislik sahələrinin qovşağında mühüm elmi töhfə kimi xarakterizə edib.

Paylaş

Dostlarınız ilə paylaşın.