

ATU-nun Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Nağıyeva Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyi tərəfindən hazırlanmış ORHUN mübadilə proqramına qoşulub. O, 2025-2026-cı tədris ili çərçivəsində Türkiyənin İzmir şəhərindəki Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda təşkil olunmuş proqram layihəsində iştirak edib.
Daha çox tibb sahəsi üzrə fəaliyyət göstərən müəllimlərin qatıldığı bu proqramda D.Nağıyeva ölkəmizi və universitetimizi layiqincə təmsil edib, apardığı dərslər yüksək qiymətləndirilib və fəaliyyəti Ege Universiteti tərəfindən təşəkkür məktubu ilə dəyərləndirilib.
