Bizi izləyin:
Heydər Əliyev
ATU-nun kafedra müdiri Tacikistanda “Məktəblərdə qidalanma” Forumunda iştirak edib

ATU-nun kafedra müdiri Tacikistanda “Məktəblərdə qidalanma” Forumunda iştirak edib

20–22 noyabr 2025-ci il tarixlərində Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələrinin “Məktəblərdə qidalanma” üzrə II Beynəlxalq Forumu və “Məktəbdə qidalanmanın millətin inkişafına və sağlamlığına təsiri” mövzusunda Elmi-praktik Konfransı keçirilib. Tədbirlərdə Azərbaycan Respublikasını Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin tapşırığı ilə nümayəndə heyətinin üzvü Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli təmsil edib.

 

Forumun açılış mərasimində dosent Fəridə Əli, tədbirin böyüməkdə olan nəslin sağlamlığının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Sessiyada o, “Məktəb yaşlı uşaqların sağlamlığı və əqli inkişafında qidalanmanın əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

 

Elmi-praktik Konfrans çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb, araşdırmalar və təcrübələr bölüşülüb. Forumun yekun günündə iştirakçılar Tacikistanın bir sıra məktəblərinə ekskursiyalar edib, məktəblərdə qidalanma sahəsində tətbiq olunan praktik təcrübə ilə tanış olublar.

 

Həmin gün Norik şəhərindəki 10 nömrəli məktəbin məktəbyanı şitillik sahəsində Forum iştirakçılarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Əkilən hər ağacın qarşısında ölkələrin adlarını əks etdirən lövhələr quraşdırılıb. Azərbaycan nümayəndəsi, t.ü.f.d. dosent Fəridə Əli də tədbirdə iştirak edərək Azərbaycan–Tacikistan dostluğunu simvolizə edən ağac əkib.

 

Tədbirlər elmi-nəzəri müzakirələr, təcrübə mübadiləsi və praktiki fəaliyyətlərlə yadda qalıb, iştirakçılar Düşənbədən müsbət təəssüratlarla ayrılıblar.

Paylaş

Dostlarınız ilə paylaşın.