Bizi izləyin:
Heydər Əliyev
ATU-da İİV/QİÇS mövzusunda maarifləndirici seminar keçirilib

ATU-da İİV/QİÇS mövzusunda maarifləndirici seminar keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) müəllim və tələbə heyətinin iştirakı ilə “İİV infeksiyası, diaqnostikası, müalicəsi və İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlər” mövzusunda geniş maarifləndirici seminar keçirilib. Tədbirdə ATU rəhbərliyi və universitetin müxtəlif struktur bölmələrinin nümayəndələri iştirak ediblər.

 

Tədbirin açılışında Tərbiyə işləri üzrə prorektor dosent Mahir M. iştirakçıları salamlayaraq günün mahiyyətinə toxunub. O, İİV/QİÇS üzrə maarifləndirmənin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını bildirib və seminarın həm tələbələr, həm də müəllim heyəti üçün məlumatlılıq səviyyəsinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.

 

Seminar çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova çıxış edərək, İİV infeksiyasının epidemiologiyası, virusun ötürülmə yolları, risk qrupları, müasir profilaktik yanaşmalar, erkən diaqnostika və müalicənin əhəmiyyəti barədə ətraflı təqdimat nümayiş etdirib. O həmçinin İİV-ə yoluxmuş şəxslərdə rast gəlinən opportunistik infeksiyalar və onların müalicə prinsipləri barədə geniş məlumat verib.

 

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və sonda sual-cavab və müzakirələrlə öz işini yekunlaşdırıb.

Paylaş

Dostlarınız ilə paylaşın.