Bizi izləyin:
Heydər Əliyev
ATU-da həkim-rezidentlərin Yekun Attestasiya imtahanları keçirilib

ATU-da həkim-rezidentlərin Yekun Attestasiya imtahanları keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) müvafiq ixtisaslar üzrə təhsilini başa vuran həkim-rezidentlərin Yekun Attestasiya imtahanları keçirilib. İmtahanların test mərhələsi 24 noyabr 2025-ci il, praktik komponenti isə 27 noyabr 2025-ci il tarixlərində təşkil olunub.

Test imtahanı ATU-nun İmtahan Mərkəzində baş tutub. Ümumilikdə 48 ixtisas üzrə 290 namizədin iştirakı nəzərdə tutulsa da, onlardan 184 nəfər Azərbaycan Tibb Universitetinin rezidentləri olub.

Praktik komponent mərhələsi isə 46 ixtisas üzrə 266 rezidentin iştirakı ilə ATU-nun müvafiq kafedralarında həyata keçirilib. Hər iki mərhələ ciddi nəzarət şəraitində təşkil olunub.

Səhiyyə Nazirliyinin əməkdaşları imtahanların keçirildiyi bütün kafedralarda iştirak edərək prosesin gedişi ilə yaxından tanış olublar.

Paylaş

Dostlarınız ilə paylaşın.