Bu gün Azərbaycan Tibb Universitetində qış imtahan sessiyasının son günüdür.
Universitetin beynəlxalq əlaqələr üzrə protektoru, dosent Rəhimə Qabulova və Xarici tələbələr üzrə dekanı, dosent İsmayıl Əfəndiyev imtahanın gedişi ilə maraqlanıblar, tələbə, müəllim və nəzarətçilərlə görüşüblər.
İmtahan verən əcnəbi tələbələr sessiya zamanı yaradılmış şəraitdən çox razı qaldıqlarını bildiriblər. Onlar imtahanların obyektiv keçdiyini, hansısa kənar müdaxilələrin olmadığını söyləyiblər.