Bizi izləyin:
Heydər Əliyev
Bioloji kimya kafedrasından yeni dərs vəsaiti nəşr olunub

Bioloji kimya kafedrasından yeni dərs vəsaiti nəşr olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Bioloji kimya kafedrasının əməkdaşları tərəfindən yeni dərs vəsaiti nəşr olunub. “Руководство к лабораторным занятиям по биологической химии” adlı bu vəsait bioloji kimya fənninin laborator məşğələlərini əhatə edən müasir tədris-metodiki material kimi hazırlanıb.

Dərs vəsaitinin müəllifləri kafedra müdiri,professor Gülnarə Əzizova, dosent Arzu Dadaşova, baş müəllim Samirə Bağırova və Ülviyyə Əzizovadır. Kitabda laborator işlərin icrası üçün mərhələli izahlar, nəzəri məlumatlar, praktiki tapşırıqlar və biokimyəvi tədqiqat metodlarının tətbiqi üzrə metodik göstərişlər əks olunub.

Vəsait tələbələr, magistrantlar və laboratoriya işi ixtisası üzrə mütəxəssislər üçün qiymətli bir resurs kimi nəzərdə tutulub və bioloji kimya tədrisinin keyfiyyətini artırmaqda əhəmiyyətli rol oynayacaq.

Paylaş

Dostlarınız ilə paylaşın.