
.jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin tələbəsi Turac Ağazadə Azərbaycan və Türkiyə Gənclər və İdman Nazirliklərinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Azərbaycan–Türkiyə Uluslararası Düşərgə Liderləri Təlim Proqramı”nda iştirak edib.
Təlimlərin birinci mərhələsi 4–9 sentyabr tarixlərində Quba şəhərində, ikinci mərhələsi isə 19–25 sentyabr tarixlərində Türkiyənin Bursa şəhərində yerləşən Karacaali Gənclik Kampında keçirilib. Proqram müddətində gənclər üçün praktiki məşğələlər, seminarlar və sosial fəaliyyətlər təşkil olunub.
İştirakçılar komanda işi, liderlik, effektiv ünsiyyət, ilk tibbi yardım, mədəni tədbirlərin təşkili və düşərgə həyatının idarə olunması kimi mövzularda bilik və bacarıqlar əldə ediblər. İlk mərhələdə 600-dən çox namizəd arasından 80 nəfər seçilib, onlardan 40 nəfər Türkiyədə keçirilən ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.
Tələbəmiz Ağazadə Turac proqramı uğurla başa vuraraq “Düşərgə lideri” adına layiq görülüb. Bu nailiyyət onun şəxsi inkişafına və universitetimizin gənclər siyasətində fəal iştirakına mühüm töhfə kimi dəyərləndirilir.
